Digitimes portalının məlumatına görə, "Apple" "Best Buy" və "Amazon" şirkətlərilə iPad mini planşetlərinin qiymətlərinin endirilməsinə dair danışıqlar aparır.
gazeta.ru saytının məlumatına görə, hazırda 16 qiqabaytlıq iPad mini-nin qiyməti Amazon saytında 240, Best Buy mağazalarında isə 199$ təşkil edir. Bu, qurğunun başlanğıc qiymətindən 100$ aşağıdır.
2014-cü ilin 1-ci və 2-ci rüblərində "Apple" müvafiq olaraq, 16,4 və 13,28 milyon iPad-in satışına nail olub. Güman olunur ki, iPad mini-nin qiymətlərinin aşağı düşməsi qadcetlərə tələbatı artıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.