“Əşyaların interneti” yarımkeçirici sahənin inkişafında mühüm rol oynayacaq

03 Sentyabr 2014 - 15:58 | Texnoloji yeniliklər
“Əşyaların interneti” yarımkeçirici sahənin inkişafında mühüm rol oynayacaq

Dünyanın ən böyük müqavilə istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkətinin nümayəndələri hesab edir ki, yaxın 3-5 ildə “əşyaların interneti” yarımkeçirici sahədə əsas artım drayveri olacaq.
 
Bildirilir ki, “əşyaların interneti” və daşınan elektronikanın inkişafı mikrokontrollerlər, təsvir datçikləri, Wi-Fi və Bluetooth adapterləri kimi ən əhəmiyyətli yarımkeçirici komponentlərə tələbatı stimullaşdıracaq.

Tayvanda keçirilən “SEMICON” forumunda, həmçinin qeyd olunub ki, 2014-cü ildə qlobal yarımkeçirici avadanlığı bazarının həcmi 20,8% artaraq 38,4 milyard ABŞ dolları təşkil edəcək. Növbəti il bu göstərici daha 11% artaraq 42,6 milyard dollara çatacaq.

dailycomm.ru