Yeni “Wi-Fi” protokolunda boşluqlar aşkar edilib

12 Aprel 2019 - 11:00 | Maraqlı məlumatlar
Yeni “Wi-Fi” protokolunda boşluqlar aşkar edilib

Məlumdur ki, 2017-ci ildə Meti Vanhof və Eyal Ronen müasir “Wi-Fi” şəbəkələrində istifadə olunan “WPA2” protokolunda bir sıra boşluqlar aşkar etmişdilər. Bu boşluqlar “KRACK” (Key Reinstallation Attacks) adlandırılmışdı.

ferra.ru saytının məlumatına əsasən, həmin mütəxəssislər hazırda ən yeni “WPA3” protokolunda yeni təhlükəli boşluqlar aşkar ediblər. “Dragonblood” adlı boşluq rabitə qurulması mexanizmindən istifadə edir. Bu zamana kimi ən etibarlı və təhlükəsiz hesab edilən “WPA3” protokolundakı mexanizm “Dragonfly” adlanır.

“Wi-Fi Alliance” Beynəlxalq Qeyri-Kommersiya Assosiasiyası artıq “Dragonblood” haqqında məlumatlandırılıb və mütəxəssislərin bu boşluqları aradan qaldırmaları gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.