Karnegi Mellon Universitetinin mühəndisləri sahibinə gündəlik məsələləri yerinə yetirməkdə kömək edən daşına bilən robot-əl təqdim ediblər. İstehsalda faydalı olan manipulyator detalları tutmaq və saxlamaq imkanına malikdir. İstehsalçıların sözlərinə görə, manipulyator xüsusilə istehsal və detalların fiksasiyası zamanı effektivdir.
robo-hunter.com saytının məlumatına əsasən, o, metal boru və servomühərriklərdən ibarət modul dəstindən təşkil edilib. Məhz bu dəstin köməyi ilə predmetləri saxlamaq və tutmaq mümkündür. Metal karkasın mərkəzində isə idarəetmə və enerji bloku yerləşdirilib.
Robot-əli idarə etmək üçün xüsusi kontroller və ya səs komandalarından istifadə etmək olar. İstehsalçılar qeyd edirlər ki, karkasa istifadəçinin nəzarət edə biləcəyi qədər robot-əl bərkitmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.