Yeni viruslar ölümcül xəstələrin tədqiqat nəticələrini dəyişdirir

08 Aprel 2019 - 12:30 | Maraqlı məlumatlar
Yeni viruslar ölümcül xəstələrin tədqiqat nəticələrini dəyişdirir

İsrailin Ben-Qurion Universitetinin Kibertəhlükəsizlik Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları yüksək texnologiyalı tibbi avadanlıqda boşluq aşkar ediblər.

ferra.ru saytının məlumatına əsasən, alimlər işlək eksploit hazırlayaraq hücum həyata keçirməyə müvəffəq olublar. Hazırlanmış zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Bu dəyişikliklər tomoqrafiya şəkillərinin həkimlər tərəfindən qəbulundan öncə həyata keçirilir.

Aşkar edilmiş boşluğun köməyi ilə pasiyentin tomoqrafiya şəklinə bədxassəli şişi əlavə etmək və ya silmək olar. Yekun şəkil o qədər real görünür ki, sınaqlarda iştirak edən həkimlər şəklin həqiqiliyinə şübhə etməyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.