Smartfonlar narkotiklərin asfalt, hasar və başqa yerlərdəki qrafit reklamları ilə mübarizə aparmağa kömək edəcək - «Известия» qəzeti belə yazır.
"Stop-Narkotik" hərəkatının lideri Sergey Polozovun qeyd etdiyi kimi, iOS və Android platformaları üçün nəzərdə tutulmuş proqramı sentyabrın sonunda əldə etmək mümkün olacaq. "İstifadəçi proqramı yükləyərək qeydiyyatdan keçəcək. Sonra, küçədə gəzərkən rast gəldiyi qrafitlərin şəkillərini çəkəcək və "Stop-Narkotik"dən icra hakimiyyətinə qanun pozuntusu ilə əlaqədar lazımi məlumatları məktub şəklində göndərəcək" - deyə əlavə edib.
Beləliklə, xoşagəlməz narkotik maddə reklamları ilə bağlı problemi müəyyən qədər həll etmək mümkün olacaq.