Partlayışa davamlı smartfon

29 Avqust 2014 - 11:58 | Texnoloji yeniliklər
Partlayışa davamlı smartfon, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Norveçin "Pixavi" şirkətinin istehsal etdiyi Impact X smartfonu ekstremal şəraitlərdə istifadə üçün nəzərdə tutulub. Qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.

tech.onliner.by saytının məlumatına görə, smartfon 2 metr hündürlükdən yerə düşməyə davamlıdır. Impact X smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Ekrana 2 millimetrlik Gorilla Glass 2 şüşəsi əlavə edilib. Aparata Android 4.2.2 Jelly Bean platforması quraşdırılıb.

Təxmin olunur ki, yeni qurğunun qiyməti 1-1,2 min dollar civarında olacaq.