Nigeriya elektron biometrik kartlardan istifadə edir

29 Avqust 2014 - 10:54 | Texnoloji yeniliklər

"Bi-bi-si"nin məlumatına görə, Nigeriya prezidenti Qudlak Conatan elektron biometrik kartları rəsmi olaraq təqdim edib.

2019-cu ilə kimi Nigeriyada hər bir vətəndaşın belə kartlara sahib olacağı gözlənilir. Bu, seçkilərdə səs vermək, həmçinin nağdsız ödəniş həyata keçirmək istəyənlər üçün əlverişli olacaq.

"Biometrik kartlar yalnız sizin şəxsiyyətinizi təyin etmək üçün deyil, həm də məlumatlarınızı qorumaq və lazımi ödənişləri həyata keçirmək üçündür" - deyə Q.Conatan bildirib.

gazeta.ru saytının məlumatına görə, Nigeriya hökuməti hələ 2004-cü ildə elektron biometrik kartları hazırlamaq üçün cəhd etsə də, uğur qazana bilməmişdi. Analitiklər bu fikirdədirlər ki, əsas səbəb ölkədə korrupsiyanın yüksək səviyyədə olması idi.