Yeni bankomat təqdim edilib

05 Mart 2019 - 17:02 | Texnoloji yeniliklər
Yeni bankomat təqdim edilib

Səudiyyə Ərəbistanında ən böyük bankomat istehsalçısı “Alhamrani Universal” biometrik bankomat prototipinin yaradılması üçün “ShoCard” şirkəti ilə birgə fəaliyyətə başlayıb.

psm7.com saytının məlumatına əsasən, insanın identifikasiyası üçün hazırlanmış bankomat pulun çıxarılması zamanı blokçeyn texnologiyası əsasında işləyən sifətin tanınması sistemindən istifadə edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu üsul bankomatda ödəmə kartları ilə fırıldaqçılıq səviyyəsinin azalmasına imkan yaradacaq. Proqram təminatı artıq mövcud olan bankomat sisteminə tətbiq edilir və inteqrasiya olunmuş kameralardan istifadə edir. Blokçeyn texnologiyası, öz növbəsində, şəxsiyyətin təhlükəsiz identifikasiyası üçün tətbiq olunur.

Hazırda bankomatın prototipi sınaqdan keçirilir və yaxın zamanda istifadəyə veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.