Bank ödənişləri dərialtı çiplər vasitəsilə həyata keçiriləcək

04 Mart 2019 - 12:30 | Maraqlı məlumatlar
Bank ödənişləri dərialtı çiplər vasitəsilə həyata keçiriləcək

İspaniyanın “Banco Sabadell” bank qrupu istifadəçinin əlinə daxil edilə bilən xüsusi NFC-çipləri hazırlayıblar. Bank baş və şəhadət barmaqları arasındakı dərinin altına daxil edilən prototipi təqdim edib.

psm7.com saytının məlumatına əsasən, iki könüllü NFC-çipi sınaqdan keçirməyə və bank qrupunun mobil əlavəsinin köməyi ilə ödənişi həyata keçirməyə razılaşıb.

Qeyd edək ki, qum zərrəsi ölçüsündə olan bu kimi çiplər müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur. İstehsalçılar hesab edirlər ki, çiplər müxtəlif sahələrdə istifadə üçün yararlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.