"LG" 10 milyon G3 smartfonu satmaq niyyətindədir

27 Avqust 2014 - 15:33 | Texnoloji yeniliklər
"LG" 10 milyon G3 smartfonu satmaq niyyətindədir

Cənubi Koreyanın "LG Electronics" şirkəti 2014-cü ilin mayında G3 flaqman smartfonunu yerli bazara təqdim edib. Bundan sonra, qurğu dünya mağazalarında çox sürətlə yayılmağa başlayıb. İndi isə demək olar ki hər yerdə bu smartfonlara rast gəlmək olar. Satışların geniş coğrafiyası hesabına istehsalçı LG G3-ün 10 milyon nüsxəsini reallaşdırmaq niyyətindədir.

"The Korea Times" nəşrinin məlumatına görə, bu qurğular satışı 10 milyonu keçən ilk firma smartfonları olacaq. Lakin şirkət qarşıya qoyulan məsələnin həll olunacağı vaxtı dəqiqləşdirməyib.

"IDC" analitiklərinin hesablamalarına görə, cari ilin ikinci rübündə dünya bazarında "LG"nin payı rəqibi olan "Samsung"un göstəricilərindən 5 dəfə az -  4,9% idi. "Apple" ilə "Huawei"in bazar payları isə müvafiq olaraq, 11,9% və 6,9%-ə çatmışdı.

dailycomm.ru