Mənzilin havasını təmizləyən pərdələr

26 Fevral 2019 - 12:00 | Maraqlı məlumatlar
Mənzilin havasını təmizləyən pərdələr

“IKEA” şirkəti havanın təmizlənməsi funksiyasına malik xüsusi pəncərə pərdələri istehsal edib. Yenilik “Gunrid” adlanır və növbəti ildə satışa çıxarılacaq.

hi-news.ru saytının məlumatına əsasən, pərdələr işığın təsiri altında havada olan çirkləndiriciləri dağıdan fotokatalizator qatı ilə örtülüb. “IKEA” şirkətinin istehsalçısı Maurisio Affonsonun sözlərinə görə, texnologiya “bitkilərdəki fotosintez prosesi kimi” işləyir.

Pərdələrin hazırlanması üçün mühəndislər titan dioksiddən istifadə ediblər. Günəş işığının təsiri altında parçanın səthində titan dioksidin hissəcikləri orqanik çirkləndiricilərin oksidləşməsi prosesini sürətləndirərək pəncərə ətrafını təmiz hava ilə təmin edir.

Qeyd edək ki, keçən ilin may ayında dərc edilmiş Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, Yer kürəsi əhalisinin 90%-i çirklənmiş hava ilə nəfəs alır. Havada olan təhlükəli maddələrin çoxluğu isə ürək-damar xəstəliklərinin inkişaf riskini, eləcə də ağciyərlərdə xərçəng riskini artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.