Alimlər miniatür beyni böyütməyə müvəffəq olublar

30 Yanvar 2019 - 16:00 | Texnoloji yeniliklər
Alimlər miniatür beyni böyütməyə müvəffəq olublar

Rusiya Elmlər Akademiyasının Sibir filialının Sitologiya və Genetika İnstitutunun mütəxəssisləri insan beyninə bənzəyən üçölçülü orqanoidlər hazırlayıblar.

Sitologiya və Genetika İnstitutunun əməkdaşı Tatyana Şnayder qeyd edib ki, mini-beyinlər ilk vaxtlar CNTN 6 geninin beynin inkişafına təsirini öyrənmək üçün böyüdülüb. Ekspertin izah etdiyi kimi, bu gen zəif inkişafda olan uşaqlarda fəaliyyət göstərmir və bu fenomenin öyrənilməsi uşaqların gələcək embrional inkişaf mərhələsində mümkün problemlərin daha yaxşı proqnozlaşdırılmasına imkan verəcək. onauke.info saytının məlumatına görə, hazırda mini-beyin müxtəlif psixi xəstəliklər, şizofreniya, Alzheimer xəstəliyi və s. daxil olmaqla beynin inkişafı və istismarı ilə bağlı digər problemləri öyrənmək üçün istifadə olunur.

Alimin sözlərinə görə, orqanoidlər təxminən üç ay yaşayır və orta hesabla 5 millimetrə qədər böyüyür. Orqanoidləri yaratmaq üçün insanların zədələnmiş CNTN 6 genli dəri hüceyrələri istifadə olunur. Fibroplastlar bir müddət böyüyərək bölünür, daha sonra transplantasiya olunaraq xüsusi proteinlərin təsiri altında induksiya olunmuş pluripotent kök hüceyrələrə çevrilirlər. Onlardan istənilən tip hüceyrə əldə etmək mümkündür. Alimlər onların “mini beynə” çevrilməsi üçün şəraiti təmin edirlər. Bunun üçün orqanın sərhədlərini müəyyən edən xüsusi gel istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.