Yeni nəsil iPhone-un təqdimatına təxminən 3 həftə qalıb. Hesab olunur ki, bu məhsulun ictimaiyyətə elan olunması "Apple" şirkətinin tarixində ən genişmiqyaslı təqdimat olacaq
RBC Capital Markets-in proqnozlarına görə, 2014-cü ilin 4-cü rübündə iPhone 6-nın satışları 56 milyon təşkil edəcək. Bundan başqa, ekspertlər ilin sonuna kimi 75 milyon qurğu satışının reallaşacağını proqnozlaşdırılar ki, bu da iPhone 6-nın mağazalarda əlyetənliyi və funksional imkanlarının mövcudluğundan asılı olacaq.
dailycomm.ru saytından bildiriblər ki, 75 milyon satılmış smartfon "Apple" da daxil olmaqla bütün şirkətlər tarixində tamamilə rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə ABŞ korporasiyası iPhone 5s və iPhone 5c-nin 60 milyon nümunəsinin istehsalını sifariş etmişdi. Bu il isə şirkət öz istehsalçı partnyorlarından 80 milyon ədəd iPhone 6-nın istehsalını xahiş edib.
Ötən il iPhone 5s/5c-nin meydana çıxdığı ilk üç gün ərzində qurğunun pərakəndə satışı 9 milyon ədəd olmuşdur. Analitiklər bu ilin müvafiq dövründə 10 milyon, cari ilin 3-cü rübünün sonuna kimi isə 15 milyon qurğunun satışını proqnozlaşdırırlar.
iPhone 6-nın xüsusiyyətlərinə gəldikdə isə, bu barədə qeyri-rəsmi mənbələrdən məlum olur ki, yeni qurğu 2,6 QHz takt tezlikli 64-bitlik Apple A8 prosessoru və 13 meqapiksellik kamera ilə təchiz olunacaq. Yaqutla qorunan olduqca davamlı ekrana malik iPhone 6 enerjini naqilsiz yığacaq.