Hakerlər “Youtube” vasitəsi ilə kompüterlərə “casus” proqramları quraşdırıblar

18 Avqust 2014 - 16:54 | Texnoloji yeniliklər
Hakerlər “Youtube” vasitəsi ilə kompüterlərə “casus” proqramları quraşdırıblar

Hakerlər istifadəçinin kompüterinə “casus” proqramları quraşdırmaq üçün “YouTube” və “Microsoft Live” xidmətlərinin trafikini dəyişdirməyi öyrəniblər.

Tədqiqatçılar hesab edirlər ki, Mərakeş və BƏƏ hökumətlərinin sifarişi üzrə “Hacking Team” şirkəti “casus” proqramının yayılması ilə məşğul olub. Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, ABŞ, Böyük Britaniya, Rusiya, Çin və İsrail də bu kimi izləmə aparan təşkilatlara malikdir.
 
hitech.vesti.ru saytının məlumatına görə, trafikin dəyişdirilməsinin qarşısını almağın yeganə üsulu “HTTPS” mühafizə protokolundan istifadə etməkdir. Bu protokol server və istifadəçi kompüteri arasındakı məlumatları tamamilə şifrələyir.
 
Qeyd edək ki, “YouTube” əvvəlki kimi şifrələmədən istifadə etmir.