Bioprinterdə ilk dəfə onurğa çap edilib

24 Yanvar 2019 - 09:00 | Texnoloji yeniliklər
Bioprinterdə ilk dəfə onurğa çap edilib

Kaliforniya Universitetinin alimləri üçölçülü bioçap sahəsində yeni nailiyyət əldə edildiyi barədə məlumat verib. Onlar tarixdə ilk dəfə onurğanın bir hissəsinə bənzəyən implant çap ediblər. Onun siçana implantasiya edilməsi və lazımi hissəyə bitişməsindən sonra gəmiricinin daha əvvəl iflic olmuş ayaqları üzərində nəzarəti bərpa olunub.

techcult.ru saytının məlumatına görə, onurğa beyni üçün implantların yaradılmasında çətinlik ondan ibarətdir ki, aksonları (çox incə və müxtəlif şərtlərə qarşı son dərəcə həssas olan sinir lifləri) öz aralarında bağlamaq tələb olunur. Bunun üçün nə printer, nə də 3D-çap üçün ənənəvi material uyğun gəlir.

Alimlər əsas kimi polietilen qlikol-jelatin metakrilat materialını götürərək, fasiləsiz proyeksiya mikroçapı texnologiyasını tətbiq ediblər. Bu hidrogel ultrabənövşəyi şüaların təsiri altında bərkiyir, lakin bu proses çox sürətlə baş verir. Buna görə də, maye polimer öncədən canlı neyron kök hüceyrələri ilə qarışdırılıb. İşıqla şüalanma məmulatın printerə qoyulmuş sxemi üzrə materialın bütün səthi boyunca adi 3D-çapdan 1000 dəfə sürətlə aparılıb. Bundan sonra içərisinə hüceyrələr qoyulmuş bütöv predmet alınıb. 2 mm qalınlığa malik implantın çap prosesinə cəmi 1,6 saniyə sərf olunub.

Siçanın onurğasında 4 həftə qalan implant 5-ci həftədə gözlənildiyi kimi xarab olmağa başlayıb. Bu müddət ərzində aksonlar implantda kanallar vasitəsilə “cücərə” və möhkəm bağlar yarada biliblər. Artıq bir neçə ay ərzində implantın karkası tədricən çürüyəcək, lakin onun yerini canlı toxumalar tutacaq. Əgər hər şey plan üzrə gedərsə, kliniki sınaqlardan təxminən 5 il sonra insan bədəninin mürəkkəb hissələrinin çapı üzərində təcrübələrə başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.