Koreya alimləri insan bədəninin istiliyini qadcetlər üçün elektrikə çeviriblər

17 Yanvar 2019 - 10:07 | Texnoloji yeniliklər
Koreya alimləri insan bədəninin istiliyini qadcetlər üçün elektrikə çeviriblər

Cənubi Koreyanın iki elmi-tədqiqat institutu – Elektronika və Telekommunikasiya Elmi-tədqiqat İnstitutu (ETRI) və Koreya Texnologiya və Elm İnstitutu (KIST) – insan bədəninin istiliyinin elektrikə çevrilməsi üçün ötürücü termoelektrik element yaradıblar. Tədqiqat 2017-ci ildən aparılsa da, sınaqların final mərhələsinin tamamlanması haqqında cari ilin yanvarın 15-də məlumat verilib.

Bu, bədən və ətraf mühitdəki havanın temperaturu arasındakı fərqin köməyi ilə elektrik əldə etmək üçün ilk cəhd deyil. Bundan öncə, ABŞ alimləri bu kimi məqsədlər üçün termoelementin hər kvadrat santimetrindən 20 mkVt civarında termoelement əldə etmək imkanına malik maksimal effektiv termoelement yaratmışdılar. Koreya alimlərinin tətbiqi isə, termoelementin hər santimetrindən bir yarım dəfə daha çox (35 mkVt civarında) termoelement əldə etməyə imkan verir.

3dnews.ru saytının məlumatına görə, təcrübəli termoelementin ölçüləri 5×11 sm təşkil edir. İki bu kimi element 3 mvt-a qədər enerji istehsal edə bilər. Termoelementə əlavə edilən idarəetmə sxemi 80 %-ə qədər çevrilmə effektivli ilə təmin edir. Tətbiqi hazırda istehsala buraxmaq mümkün olsa da, alimlər termoelementlərin enerji effektivliyininin daha da artırılması üçün iki və ya üç il gözləməyi təklif edirlər. Batareya tələb etməyən bu kimi enerji mənbələri daşınan tibbi tənzimləyicilər və İnternetə qoşulan əşyalar üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.