"Green America" şirkəti "Apple" korporasiyasına göndərdiyi ərizədə qeyd edib ki, benzol maddəsi leykemiya xəstəliyinə, n-heksan isə əsəb sisteminin korlanmasına səbəb olur
"Associated Press" agentliyinin məlumatına görə, "Apple" şirkəti öz qurğularının hazırlanması zamanı iki kimyəvi birləşmədən istifadəni dayandırıb.
"Apple"in baş qərargahına "Green America" şirkətindən qurğuların istehsalı zamanı təhlükəli birləşmələrdən - benzol və n-heksandan istifadəni qadağan edən tələblə bağlı ərizə göndərildikdən sonra bu qərar verilib.
itar-tass.com saytının məlumatına görə, 4 ay ərzində "Apple" mütəxəssisləri şirkətdə araşdırmalar aparsalar da, bu maddələrin əməkdaşların sağlamlığına mənfi təsirini təsdiq edən faktlar aşkarlamayıblar. Lakin buna baxmayaraq, korporasiya rəsmi olaraq, bütün məhsullarında həmin maddələrdən istifadəyə son qoyub.
Belə ki, zəhərli və kanserogen benzol maddəsi leykemiya xəstəliyinə, n-heksan isə insanın əsəb sisteminin korlanmasına səbəb olur.