Neyron şəbəkə şəkilə əsasən 216 nadir irsi xəstəliyi tanımağı öyrənib

11 Yanvar 2019 - 11:30 | Maraqlı məlumatlar
Neyron şəbəkə şəkilə əsasən 216 nadir irsi xəstəliyi tanımağı öyrənib

Tədqiqatçılar şəkilə əsasən 216 nadir irsi xəstəliyə yüksək dəqiqliklə diaqnoz qoyan süni intellekt sistemini hazırlayıblar. Ona genetik pozğunluğu 91% dəqiqliklə tanımaq öyrədilib.

Alimlər təcrübədə sistemin tətbiqini sadələşdirərək, pasiyentin şəklinə əsasən genetik pozğunluğu müəyyən edən tibbi mobil əlavə hazırlayıblar.

Adətən, irsi xəstəliklərə diaqnoz qoymaq çətin olur. Genetik pozulmalarla bağlı son dərəcə nadir rast gəlinən bir neçə min xəstəlik mövcuddur. Buna görə də referent kompüter sistemi nadir irsi xəstəlikləri tanımağa kömək edir, diaqnostikanı asanlaşdırır.

ABŞ, Almaniya, İsrail alimləri və “FDNA” şirkətinin əməkdaşları Yaron Quroviçin rəhbərliyi altında bir neçə yüz xəstəliyə diaqnoz qoyan “DeepGestalt” sifətin tanınması sistemini hazırlayıblar. Sistem sifəti 100×100 ölçü pikselli fraqmentlərə bölərək, xəstəlik ehtimalını əvvəlcədən xəbər verir. Daha sonra bütün informasiya toplanaraq ehtimal edilən pozuntular sifətə əsasən müəyyən edilir.

nanonewsnet.ru saytının məlumatına əsasən, təlimdə əqli geriliyi, daxili orqanlarında anadangəlmə qüsurları olan Korneliya de Lanqe sindromundan əziyyət çəkən insanların 614 şəklindən istifadə edilib.

“DeepGestalt” Korneliya de Lanqe sindromunu digər xəstəliklərdən 97% dəqiqliklə ayırıb. Digər bir sınaqda xaotik hərəkətlər, tez-tez gülüş və təbəssümü özündə əks etdirən Angelman sindromundan əziyyət çəkən xəstələrin 766 şəklindən istifadə edilib. Sistem bu xəstəliyi 92% dəqiqliklə tanıyıb.

Tədqiqatçılar təcrübədə “DeepGestalt”ı sadələşdirərək fenotipə əsasən irsi xəstəliklərin diaqnostikasını müəyyənləşdirən platforma, eləcə də həkimlərin pasiyentə diaqnoz qoymasına imkan yaradan tibbi “Face2Gene” mobil əlavəsini hazırlayıblar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.