“Kia Motors” şirkəti pilotsuz avtomobillərdə sərnişinlərin əhval-ruhiyyəsinin tanınması üçün R.E.A.D sistemini təqdim edib. Sistem avtomobil salonunda işıqlandırmanı və temperaturu müstəqil dəyişdirmək imkanına malikdir.
hightech.fm saytının məlumatına görə, R.E.A.D emosiyaların tanınması texnologiyasına bir neçə kompüter sistemi, həmçinin dərinin elektrik fəallığını və ürək döyüntüsü göstəricilərini təhlil edən sensorlar quraşdırılıb.
Sistem əldə olunan məlumatlar əsasında sərnişinin əhval-ruhiyyəsini təhlil edir, salonda lazımi vəziyyəti quraraq temperaturu, işıqlandırmanı, rütubəti və musiqini dəyişdirir.
R.E.A.D. hazırda Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi “CES 2019”da təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.