Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri şəffaf şüşədən məmulatların çap edilməsi üçün 3D-printerin yeni təkmilləşdirilmiş versiyasını layihələşdiriblər.
naukatv.ru saytının məlumatına görə, yeni “G3DP2” platforması sənaye miqyasında şəffaf şüşənin rəqəmsal istehsalı üçün hazırlanıb. O, əridilmiş şüşəni 3 metrədək hündürlüyə malik sütunlara çevirir. Platformanın iş mexanizminin əsasını şüşəni əritməyə və onun temperaturunu 2 000 dərəcə Selsi səviyyəsində saxlamağa imkan verən xüsusi soba təşkil edir. Əridilmiş şüşə çap üçün xüsusi kanallar üzrə axır, keramika lövhəsinə çataraq, burada soyuyur və bərkiyir.
Alimlər şüşənin hərəkətinə nəzarət etmək üsulları, platformanın idarəetmə alqoritmi və texniki xarakteristikası barədə məlumat veriblər. “G3DP2” platforması şüşə detalların istehsalını sürətləndirir, həmçinin eyni və möhkəm obyektlərin təkrar istehsalının dəqiqlik səviyyəsini yüksəldir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.