19-30 noyabr 2018-ci il tarixlərində “Clarivate Analytics”in resursları əsasında elmi tədqiqatlar üçün təşkil olunmuş onlayn-seminarlarda iştirak etdiklərinə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, institutun böyük elmi işçisi Nərmin Adıgözəlova, institutun Elektron Kitabxana Mərkəzinin əməkdaşları Pirdas Muradova və Firudin Əsgərov iştirakçı sertifikatına layiq görülüblər.
Qeyd edək ki, N.Adıgözəlovaya sertifikatlar “Elmi nəşrin müəllifləri üçün məlumat alətləri”, “Beynəlxalq jurnallarda nəşrlərə dair praktiki tövsiyələr” və “Elmi fəaliyyətin qiymətləndirilməsi üçün məlumat alətləri” istiqamətləri, P.Muradovaya və F.Əsgərova isə “Elmi nəşrin müəllifləri üçün məlumat alətləri” istiqamətləri üzrə təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.