Hakerlər Wi-Fi şəbəkəsini 'sındırmağa' necə nail olublar?

11 Avqust 2014 - 11:00 | Texnoloji yeniliklər
Hakerlər Wi-Fi şəbəkəsini 'sındırmağa' necə nail olublar?

Engadget-in yaydığı məlumata görə, hakerlər pişik xaltalarının köməyi ilə Wi-Fi şəbəkəsini 'sındırmağa' nail olublar.

Bu barədə hakerliyə həsr olunmuş konfransda, iştirakçılardan biri - təhlükəsizlik sahəsində mühəndis Cin Bransfild məlumat verib. O, wi-fi şəbəkəsini məsafədən 'sındırmaq' məqsədilə öz pişiyinin xaltasını modulla təchiz edib. Beləliklə, heyvan gəzməyə başlayarkən öz qonşularının routerlərini sındırmağa və onların təkcə wi-fi şəbəkəsinə deyil, həm də kompüterlərinə giriş əldə etməyə nail olub.

gazeta.ru saytının məlumatına görə, Bransfild gələcəkdə bu usüldan istifadə etmək niyətində deyil. Lakin onun məqsədi adi istifadəçiləri onlar üçün təhlükəli xarakter daşıyan bu kimi qurğuların mövcudluğu barədə xəbərdar etməkdir.