2018-ci ildə mobil xidmətlər bazarının həcmi 380 milyard dollara çatacaq

07 Avqust 2014 - 09:00 | Texnoloji yeniliklər
2018-ci ildə mobil xidmətlər bazarının həcmi 380 milyard dollara çatacaq

Məlumdur ki, mobil xidmətlərə tələbat getdikcə daha da çoxalır. Bu səbəbdən Facebook, Twitter və Yahoo! kimi internet-nəhəngləri mobil qurğuların istifadəçilərinə diqqəti artırmaqda davam edirlər. Bu bazarın inkişafı ilə bağlı proqnozu "Strategy Analytics" şirkətinin analitikləri tərtib ediblər.

Onların qiymətləndirmələrinə görə, 2018-ci ildə dünya üzrə smartfon sahibləri mobil xidmətlərə təxminən 380 milyard dollar xərcləyəcəklər. Bu məbləğə proqram, oyun, video və musiqi kontentləri, həmçinin mobil telefon üçün televiziya xidmətləri və s. daxildir. Qeyd edək ki, 2013-cü ildə bu rəqəm 236 milyard idi.


dailycomm.ru saytından bildiriblər ki, 4 ildən sonra mobil xidmətlər bazarında ən çox mobil operatorlar qazanc əldə edəcəklər - 254 milyard dollar. Dünyada mobil reklam satışından əldə olunan gəlirlər ildə təxminən 20% artacaq. Nəticədə, bu biznesin həcmi premium-kontent istehlakçıları xərclərinin həcmi ilə müqayisədə daha çox olacaq. Analitiklər 2018-ci ildə mobil reklam satışlarının ikiqat artaraq 41 milyard dollara çatacağını proqnozlaşdırırlar.