“LG” şirkətinin mütəxəssisləri supermarketlərdə alıcılara alış-veriş etməkdə yardımçı olacaq “CLOi” adlı robot-araba hazırlayıblar.
hi-tech.mail.ru saytının məlumatına görə, artıq supermarketlərin alıcıları məhsulla dolu arabanı özləri ilə daşımalı olmayacaqlar. Toplanmış bütün məhsulları kassaya xüsusi robot daşıyacaq. Bu kimi robotlar ilk dəfə Cənubi Koreyanın “E-Mart” şəbəkəsinin supermarketlərində tətbiq ediləcək.
“Ağıllı” arabalara məhsulların siyahısını göstərməsi üçün displey, həmçinin ştrix-kodların oxunması və qiymətlərin təyin edilməsi üçün skaner inteqrasiya ediləcək. Bundan başqa, robot alıcıya lazımi məhsullardan ibarət bölməyə gedən yolu göstərəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.