Azərbaycanda ilin əvvəlindən domenlərin sayının xalis artımı 1746 domen təşkil edib

01 Avqust 2014 - 12:14 | Texnoloji yeniliklər
Azərbaycanda ilin əvvəlindən domenlərin sayının xalis artımı 1746 domen təşkil edib

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22550-yə bərabər olub. 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ilin əvvəlindən bu günədək 4912 domen qeydiyyatdan keçirilib, 3166 domen isə ləğv edilib, beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1746 domen təşkil edib. 

Hazırda Azərbaycanda 21021 – “*.az”, 939 – “*.com.az”, 174 – “*.edu.az”, 121 – “*.org.az”, 71 – “*.net.az”, 68 - “*.co.az”, 41 – “*.int.az”, 52 – “*.info.az”, 35 – “*.pp.az”, 18 – “*.biz.az”, 9 – “*.name.az”, 1- “*.mil.az”, 1 – “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “gence.az”, “sheki.az”, “ganja.az”. 

Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur. Belə ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə - 4387, 2012-ci ildə – 5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb. 

Nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.