AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.
İnstitutun proqramçısı Firudin Əsgərov son bir il ərzində institut tərəfindən DOI nömrələrinin alınması haqqında çıxış etdi. Bildirdi ki, obyektləri təyin etmək üçün davamlı identifikator növü olan rəqəmsal obyekt identifikatoru (Digital Object Identifier, DOI) ISO standartı əsasında fəaliyyət göstərir. Sistem DOI adlarının təyini və daimi istifadəsi üçün texniki və sosial infrastrukturu təmin edir, Beynəlxalq DOI Təşkilatı (International DOI Foundation) tərəfindən idarə olunur.
Qeyd etdi ki, instituta məxsus olan hər növ intellektual mülkiyyətin qorunması məqsədilə qurum tərəfindən DOI nömrələrinin alınmasına xüsusi önəm verilir. O, bu sahədə görülmüş işləri diqqətə çatdırdı. İnstitutun əməkdaşları tərəfindən nəşr olunmuş elmi işlərə alınmış DOI nömrələrinə son bir il ərzində edilmiş müraciətlərin statistikasını təqdim etdi, ən çox müraciət olunan DOI nömrələrini nümayiş etdirdi. F.Əsgərov bir il ərzində instituta məxsus DOI nömrələrinin aylar üzrə axtarışı nəticələri barədə məlumatları diqqətə çatdıraraq axtarış olunan DOI nömrələrinin sayını təqdim etdi.
Tədbirdə, həmçinin 14 dekabr 2018-ci il tarixində institutda keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransına təqdim olunacaq məqalələr, eləcə də şöbənin 2018-ci il üzrə hesabata hazırlıq vəziyyəti müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.