“Samsung” 120 min dollara televizor təqdim edib
Dünyada ən iri televizor istehsalçısı olan “Samsung Electronics” şirkəti ən bahalı Samsung UN105S9W televizoru üçün ərizələrin qəbuluna başlayıb. 105 düymlü çökük displeyli 4K Ultra HD-televizorunun qiyməti 120 min dollardır ki, elə “Porsche Carrera 4S Cabriolet” avtomobili də təxminən bu qiymətədir.
newsru.com saytının məlumatına görə, televizor 5120 x 2160 piksel təsvir dəqiqliyinə malikdir ki, bu da Full HD formatı ilə müqayisədə 5,3 dəfə çoxdur. Yeni model 4 HDMI portu, Smart TV texnologiyası və 160 Vt. gücündə olan DTS Premium Sound 5.1 çoxkanallı akustik sistemlə təchiz olunub. Bundan əlavə, Wi-Fi, 4 USB portu, 3D dəstəyinə malikdir. Televizorun funksiyalarının idarə olunmasına dördnüvəli prosessor cavab verir.