ABŞ-ın “Apple” korporasiyası rekord sayda yeni iPhone-un son modelinin – iPhone6 smartfonunun tədarükünü planlaşdırır. Bu haqda lenta.ru bildirib.
Daha böyük ekrana (4,7 və 5,5 düym dioqanallı) malik olan yeni modelə sifarişin ilin sonunadək 70-80 milyon təşkil edilməsi nəzərdə tutulub. Smartfonların satışının uğurlu olacağı halda “Apple” sifarişi ilin sonunadək 120 milyonadək artıra bilər.
Qeyd edək ki, ötən ildə “iPhone 5S” və 5C dünyanın 35 ölkəsində ən çox satılan (50-60 milyon arasında) smartfon olub.