Bu il Kornel Universiteti, INSEAD biznes məktəbi və Ümumdünya intellektual mülkiyyət təşkilatının dərc etdiyi qlobal innovasiya indeksinə (Qİİ) İsveçrə, Birləşmiş Krallıq və İsveç liderlik edir.
cybersecurity.ru saytının məlumatına görə, dünyanın bütün regionlarından 143 ölkənin daxil olduğu Qİİ reytinqi innovativ imkanları əks etdirən 81 indikator üzrə tərtib olunub. 2007-ci ildən dərc edilən Qİİ dünyada innovativ prosesin vəziyyəti haqqında məlumatlı olmaq istəyən şirkət rəhbərləri, siyasəti işləyənlər və digər arzu edənlər üçün əsas nəzarət alətidir.
Qİİ-2014-ə əsasən, artıq ardıcıl olaraq dörd ildir ki, siyahıya İsveçrə başçılıq edir. Birləşmiş Krallıq bir pillə irəliləyərək ikinci yeri, üçüncü yeri isə İsveç tutub.
2014-cü il üçün ilk onluğa daxil olub:
İsveçrə
Birləşmiş Krallıq
İsveç
Finlyandiya
Niderland
ABŞ
Danimarka
Lüksemburq
Honq-Konq (Çin)
Adları sadalanan lider-ölkələr innovativ ekosistemlərin yaradılmasına görə seçilirlər. Qİİ üzrə 25 aparıcı ölkə əksər indikatorlar üzrə yüksək reytinqə malikdirlər. Bu ölkələr həmçinin innovativ infrastruktur (İKT daxil olmaqla), biznesin inkişaf səviyyəsi və innovasiya fəaliyyətinin nəticələri üzrə yüksək mövqeyə malikdirlər.