Amerikalı alimlərin qənaətincə, dərs prosesində sosial şəbəkələrin müsbət cəhətlərindən faydalanmaq lazımdır
Bu yaxınlarda aparılmış araşdırmalar göstərib ki, dərs zamanı elektron-poçt, Whatsapp mesajlarını və ya “Facebook” lentlərini yoxlayan tələbələr təhsildə uğursuzluğa düçar olurlar. Əvvəllər belə hesab edilirdi ki, əgər insan eyni vaxtda bir neçə işi görürsə, beyin fəaliyyətinin effektivliyi artır. Son araşdırmalar isə bunun əksini sübut edib.
"Computers & Education" jurnalında dərc olunmuş məqalədə deyilir ki, İnternetdən qeyri-akademik səviyyədə istifadə ilə bağlı aparılmış araşdırmada iştirak edən 500 tələbədən mühazirə zamanı nə etdiklərini soruşublar. Onların hər birinin əlində qeyd üçün smartfon və ya planşet olub. Ancaq tələbələr həmin qadjetləri mühazirəyə aid olmayan qeyri-akademik məqsədlər üçün də istifadə ediblər. Onların diqqətinin yayınması yekunda biliklərinin aşağı balla qiymətləndirilməsinə səbəb olub.
Digər bir araşdırma isə göstərib ki, 19-29 yaş arasında olan tələbələrin 90%-i sosial şəbəkələrdə qeydiyyatdan keçiblər. Onların tam yarısı sosial şəbəkələrə daxil olmaq üçün smartfonlardan istifadə edirlər.
Alimlər əmindirlər ki, dərs zamanı telefonların tələbələrdən alınması problemi həll etməyəcək. Əksinə, İnterneti dərs planının vacib elementləri sırasına salmaq lazımdır. Çünki sosial şəbəkədə yazışmağın müsbət tərəfləri də ola bilər. Misal üçün, “Facebook” istifadəçiləri daha tez ünsiyyət qurur və mesajlara tez cavab verirlər.