ABŞ məktəb və kitabxanalarda Wi-Fi şəbəkəsinin inkişafına 2 milyard dollar ayırıb

17 İyul 2014 - 16:00 | Texnoloji yeniliklər
ABŞ məktəb və kitabxanalarda Wi-Fi şəbəkəsinin inkişafına 2 milyard dollar ayırıb

ABŞ-ın Rabitə üzrə Federal Komissiyası ölkənin məktəb və kitabxanalarında Wi-Fi şəbəkəsinin inkişafının maliyələşdirilməsi planını təsdiq edib. İki il ərzində bu məqsədlər üçün 2 milyard dolların ayrılması nəzərdə tutulub. 

”Открытые системы” jurnalının məlumatına görə, məktəb və kitabxanalar üçün telekommunikasiya xidmətlərinin ödənişi artıq 17 ildir ki, E-Rate proqramı çərçivəsində aparılır.