Barmaq izi ilə açılan “ağıllı” çamadan

24 Avqust 2018 - 10:04 | Texnoloji yeniliklər
Barmaq izi ilə açılan “ağıllı” çamadan

Çinin “Xiaomi” şirkətinin mütəxəssisləri uzaq səyahətlər üçün istifadə edilən çamadanları daktiloskopik sensorlarla təchiz etməyi qərara alıblar. Belə ki, onlar bu yaxınlarda “90 Minutes Smart Unlock Suitcase” “ağıllı” çamadanını istehsal ediblər.

vladtime.ru saytının məlumatına görə, qurğu istehlakçıları İsveç istehsalı olan “FPC” daktiloskopik sensoru ilə sevindirəcək. Çamadan barmaq izi ilə açılır, 5 nəfərin barmaq izini onun yaddaşında saxlamaq mümkündür. Enerji təchizatının iki elementi texnologiyanın yarım il ərzində təmin olunmasına imkan verir. Enerji həcminin kəskin düşməsi zamanı enerji təchizatı üçün USB portundan istifadə etmək olar.

“90 Minutes Smart Unlock Suitcase”in karkası alüminiumdan, korpusu etibarlı polikarbonatdan hazırlanıb ki, bu da çamadanı və onun daxilində olan əşyaları korlamağa imkan vermir. Hazırda məhsulun qiyməti 145 ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.