“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

23 Yanvar 2014 - 11:39 | Yeni nəşrlər
“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiyanın müəllifləri AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, texnika elmləri doktoru Ramiz AlıquliyevTəhmasib Fətəliyev və Rəhilə Həsənovadır

Ekspress-informasiya elmmetriyanın yaranma tarixi, mövcud vəziyyəti və imkanlarının araşdırılmasına həsr olunub. Tədqiqatçının elmi fəaliyyətinin və elmi jurnalların qiymətləndirilməsi üçün istifadə edilən elmmetrik göstəricilər analiz edilmiş, bu sahədə böyük nailiyyətlər əldə etmiş və Prays medalı ilə təltif edilmiş alimlər haqqında məlumatlar verilib. 

Nəşrdə bibliometriyanın əsasını təşkil edən qanunlar haqqında məlumatlarla yanaşı, universitet və ölkələrin reytinqinin təyin edilməsi üçün mövcud vebometrik modellərin təsviri də verilib. Təklif edilən material bu sahədə elmi araşdırmalar aparan tədqiqatçılar üçün əhəmiyyətli dəyərli mənbədir. 

Nəşrin elmi redaktoru tex.ü.f.d. Rəşid Ələkbərovdur