“Google Glass” eynəyi autizm xəstəliyinin müalicəsi üçün istifadə ediləcək

07 Avqust 2018 - 14:19 | Maraqlı məlumatlar
“Google Glass” eynəyi autizm xəstəliyinin müalicəsi üçün istifadə ediləcək

Stenford Universitetinin alimləri autizm xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün “Google Glass” eynəyindən istifadə etməyə başlayıblar.

Tədqiqat çərçivəsində universitet ekspertləri Ketlin Foss və Nik Haber tərəfindən sifətin tanınması texnologiyası maşın təlimi ilə uyğunlaşdırılıb. Yeni layihə “Autism Glass Project” adlanır. Xüsusi proqram ünsiyyət zamanı emosiyaları həmsöhbətin üz ifadəsinə görə müəyyənləşdirir, “Google Glass” istifadəçisi isə hazırda hansı emosiyaların ifadə edilməsi barədə məlumatlandırılır. Psixoloqların sözlərinə görə, bu, sosial bacarıqların inkişafına kömək edir.

hi-news.ru saytının məlumatında bildirilir ki, eksperimentdə autizmə tutulan 14 uşaq iştirak edib. Onlardan bir neçə gün ərzində eynəyi taxmaq tələb olunub. Nəticədə 14 ailənin 12-si tədqiqatın sonunda bildirib ki, uşaqlar göz təmasına cəhdə daha yaxşı reaksiya verməyə, eləcə də sadə dialoqlar qurmağa başlayıblar. Hazırda ekspertlərin məqsədi daha uzunmüddətli tədqiqatlar aparmaqdan, həmçinin “Google Glass” eynəyinin uşaq psixikasına təsirini öyrənməkdən ibarətdir. Çünki sistemin öz effektivliyini sübut edəcəyi təqdirdə bu, psixoloqla işə əsaslanmayan yeni autizm terapiya metodu ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.