Robot-bağban

18 İyul 2018 - 10:58 | Texnoloji yeniliklər
Robot-bağban

“Vincross” şirkətinin hazırladığı robot-bağban otaq bitkilərinə qulluq edir.

naukatv.ru saytının məlumatına görə, yeni qurğu kiçik kraba oxşar “Hexa” robotunun təkmilləşdirilmiş versiyasıdır. Günəş işığından məhrum olan və susuzluqdan tələf olan otaq bitkisi istehsalçını bu robotu hazırlamağa sövq edib. Qurğu bitkilərə hərəkət etməyə və əlverişli şəraitə malik yerlər tapmağa imkan verir.

Təkmilləşdirilmiş robot bitkinin ehtiyaclarına uyğun olaraq, onu gün işığı düşən tərəfə apara və ya kölgədə saxlaya bilər. Robot-bağban, həmçinin bitkini sulamaq lazım gəldikdə “ayaqlarını” yerə vurur, bitki özünü xoşbəxt hiss etdikdə isə rəqs edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.