Eşitmə qabiliyyətini bərpa edən implantat yaradılıb

17 İyul 2018 - 10:47 | Texnoloji yeniliklər
Eşitmə qabiliyyətini bərpa edən implantat yaradılıb

Almaniya alimləri işıqdan istifadə edərək eşitmə qabiliyyətinin bərpası üçün implantat yaradıblar.

nanonewsnet.ru saytının məlumatına görə, əslində iş yalnız implantasiya ilə məhdudlaşmayıb. Ekspertlər başlanğıc üçün eşitmə orqanının neyronlarını genetik səviyyədə dəyişdiriblər ki, onlar başqa qıcıqlandırıcını qəbul etsinlər. Bunun üçün DNT (dezoksiribonuklein turşusu) hüceyrələrinə onların eşitmə vibrasiyaları əvəzinə işıq siqnalını qəbul etməsinə səbəb olan virus yeridilib. Bundan sonra qulağa tərkibində optik lif olan implantat quraşdırılıb. Optik lif oyanaraq siqnalı dəyişdirilmiş hüceyrələrə ötürüb ki, onlar da siqnalı müvafiq yollar üzrə beyinə göndəriblər. Faktiki olaraq, bir qıcıqlandırıcı digəri ilə əvəz edilib, analizatorun işi isə dəyişməz olaraq qalıb.

Alimlər implantatı ilbizlərdə sınaqdan keçiriblər. Heyvanların əksəriyyətinin eşitmə qabiliyyəti olmayıb və onlara koxlear implantat quraşdırılıb. Bundan sonra onlar səsə öz sağlam qohumları kimi reaksiya verməyə başlayıblar. Bundan başqa, ekspertlər iddia edirlər ki, optik lif, hətta səs-küylü mühitdə siqnalı ötürəcək qədər keyfiyyətlidir.

Layihənin rəhbəri Tobias Mozer öz işini optogenetika adlandırır və bu elmin böyük perspektivi olduğunu iddia edir. Onun sözlərinə görə, optogenetikanın köməyilə eşitmə neyronlarının müxtəlif növlərini yaratmaq və hətta onların aktivləşdirilməsinə nəzarət etmək olar. Bu, beyinə daha ətraflı informasiyanın ötürülməsinə imkan verəcək. Lakin texnologiya hələ sonadək öyrənilməyib və implantatın məhz hansı səsləri eşitməyə imkan verməsi dəqiq məlum deyil. Buna görə də yeni metodun primatlarda sınaqdan keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.