Avstraliya alimləri qızıl simlərdən hazırlanmış sensoru təqdim ediblər. Bu, insanın təzyiqi və nəbzini izləyəcək “elektron dəri”nin öyrənilməsində ilk addımdır. meddaily.ru saytının bildirdiyinə görə, sensor yüksək həssaslıq və dəqiqliyi ilə fərqlənir.
Monaş Universiteti ilə Melburn Nanoistehsal Mərkəzinin əməkdaşları yüksək keçiricilik qabiliyyəti ilə fərqlənən ən nazik qızıl simlərdən istifadə ediblər. Nəticədə təxminən 2 nanometr qalınlığında olan sensor alınıb. Bu cür sensoru yatarkən və ya məşq edərkən çıxarmaq tələb olunmur.
Monaş Universitetindən olan doktor Venlun Çenq deyib: “Biz, istənilən şəraitdə insanların sağlamlığını izləmək imkanı əldə edəcəyik. Bu cür sensor gündəlik işlərimizdə heç bir maneçilik yaratmayacaq. Sensorlar çevik, eyni zamanda davamlıdırlar. Perspektivdə, bu, ev şəraitində monitorinq üçün mükəmməl sistemlərdir ki, bu da yaşlı insanlar və əlillər üçün çox aktualdır”.