“Microsoft” dənizin dibində data mərkəz yaradıb

08 İyun 2018 - 10:04 | Maraqlı məlumatlar
“Microsoft” dənizin dibində data mərkəz yaradıb

“Microsoft” şirkəti Şotlandiya sahili yaxınlığında 35,5 metr dərinlikdə 864 serverə malik data mərkəz yaradıb.

Data mərkəz qidalanma mənbəyinə və İnternetə sualtı kabellə qoşulub. Serverlər onların saxlanması xərclərini azaltmaq məqsədilə soyutma üçün dəniz suyundan istifadə edəcəklər. Belə ki, vəsaitin böyük hissəsi məhz data serverlərin soyutma sistemlərinə xərclənir, çünki məhsuldar serverlərdən çox istilik ayrılır.

hightech.fm saytının məlumatına görə, “Microsoft” 2019-cu ildə data mərkəzin vəziyyətini, kapsulların daxili temperaturu və korpusun germetikliyini analiz edəcək. İstehsalçıların fikrincə, belə data mərkəz minimum 5 il işləyə biləcək.

Qeyd edək ki, şirkət 3 il əvvəl oxşar texnologiyanı sınaqdan keçirmişdi. O zaman kiçik data mərkəz Kaliforniya yaxınlığında okeanın dibində quraşdırılmışdı. Serverlər dənizin dibində cəmi 105 gün qalmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.