Ən böyük şəffaf elastik ekran nümayiş olunub

23 May 2018 - 09:34 | Texnoloji yeniliklər
Ən böyük şəffaf elastik ekran nümayiş olunub

“LG Display” şirkəti “Society for Information Display” tədbirində üzvi işıq diodları əsasında ən böyük panelini təqdim edib.

news.rambler.ru saytının məlumatına görə, 77 düym diaqonallı panelin “OLED” matrisası şəffaf və elastik olması ilə diqqəti cəlb edir. Ekranı 80 millimetrlik radiuslu borucuq şəklinə salaraq bükmək mümkündür.

Displeyin təsvir ölçüsü 3840х2160 piksel təşkil edir ki, bu da “Ultra HD/4K” standartına uyğundur. Ekranın şəffaflığı 40 faizə bərabərdir. Panelin içindən displeyin arxasında yerləşən obyektləri asanlıqla görmək olar.

Təqdim edilən panel nümayiş üçün nəzərdə tutulan nümunədir və bir nüsxədən ibarətdir. Şirkət seriyalı istehsala hazırlaşsa da, onun satışa çıxarılma müddəti barədə məlumat vermir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.