Yeni “İnformatika” vəsaiti işıq üzü görüb

23 Yanvar 2014 - 11:31 | Yeni nəşrlər
Yeni “İnformatika” vəsaiti işıq üzü görüb

Yeni “İnformatika” vəsaiti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hazırlanıb. 

İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. 

Vəsait tələbə, bakalavr, doktorant və dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün nəzərdə tutulub.