ABŞ-ın Boston şəhərində “Wi-Fi” və günəş batareyaları ilə təchiz edilmiş “Soofa” adlı skamyalar quraşdırılıb. Skamyalarda əyləşərkən mobil telefonun akkumulyatorunu USB portlar vasitəsilə enerji ilə doldurmaq mümkün olacaq. Layihəni ABŞ-ın ən böyük mobil operatorlarından biri “Verizon” şirkəti və “Cisco” telekommunikasiya avadanlığı istehsalçısı maliyələşdirib.
Hitech.vesti.ru saytının məlumatına görə, artıq Massaçusets ştatının ən böyük şəhərinin parklarında onlarla belə skamya quraşdırılıb. "Ağıllı" skamyalar havanın çirklənməsi və səs-küyü də qiymətləndirə bilir.
Boston icra hakimiyyəti yaxın vaxtlarda qadcetlərin naqilsiz enerji yığmasını dəstəkləyən skamyalar quraşdıracağını bildirib.
Qeyd edək ki, “Soofa” skamyaları 3 min dollara başa gəlib.