İnstitutun şöbə müdiri “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub

02 May 2018 - 11:50 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub.

Alim bu mükafata “Knowledge-based systems” jurnalının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi xidmətlərə görə nəşrin redaksiya heyəti tərəfindən layiq görülüb.

Qeyd edək ki, yüksək impakt faktora malik “Knowledge-Based Systems” “Elseiver” elmi bazasına daxil olan dərgilər siyahısındadır.

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

Impact Factor: 4.529 

5-Year Impact Factor: 4.627 

Source Normalized Impact per Paper (SNIP): 2.660 

SCImago Journal Rank (SJR): 1.877

CiteScore: 5.35

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.