AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Rəhilə Həsənova institutun elmi seminarında "Dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası" mövzusunda məruzə etdi.
Məruzəçi bildirdi ki, dissertasiya – müdafiəyə təqdim olunan fərdi şəkildə yazılmış, yeni elmi nəticələrin və müəllifin elmə verdiyi şəxsi töhfəsini sübut edən elmi işdir. Elmi işlərin yazılmasına dair beynəlxalq təcrübədən söz açan R.Həsənova doktoranturaya qəbul zamanı doktorant-elmi rəhbər münasibətləri, dissertasiya yazılarkən məsələnin qoyuluşu, tədqiqat metodologiyası, nəticələrin analizi və s. diqqətə çatdırdı. Həmçinin dissertasiyaya qoyulan tələblər, mətnlərin təsviri və metrikanın seçilməsi, təklif olunan alqoritmlər və s. məsələlərdən danışdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.