Əzələ-çənə interfeysi ən kiçik əzələlərin hərəkətini “oxuyur”, ayrı-ayrı sözlərin subvokalizasiyasına uyğun olanları tanıyır, birbaşa istifadəçinin qulağına translyasiya edilən səslə cavab verir, “daxili səslə” səsləndirilmiş əmrləri isə digər qurğulara göndərir.
Massaçussets Texnologiya İnstitutundan olan mühəndislər qrupu insanın düşüncələrini “eşidən” “AlterEgo” cihazını hazırlayıblar. Sonluqları istifadəçinin çənəsinə doğru uzanan, ayrı-ayrı sözlərin düşüncə ilə tələffüz edilməsi ilə korrelyasiya edilən qulaqlıqlar sifət və beyin əzələlərinin zəif hərəkətlərini oxuyur və alınmış informasiyanı radiosiqnala çevirir.
popmech.ru saytının məlumatına görə, “AlterEgo” istifadəçi ilə kəllə sümükləri üzrə qulağa ötürülən və səs siqnalı kimi qəbul edilən vibrasiyaların köməyilə ünsiyyət qurur; istifadəçi “vaxt” sözünü “düşünərək” sorğu göndərir, cavab istifadəçinin qulaqlarına dərhal ötürülür və ətrafdakı şəxslər tərəfindən eşidilmir.
Qurğu hələ ki, düşünülmüş az sayda əmrləri qəbul edir. Düşüncələri tanıma dəqiqliyi 92%-ə qədərdir. Maşın təlimi alqoritminə analiz üçün daha çox material təqdim etməklə bu faizin yüksəldilməsi nəzərdə tutulur. Bunun üçün sınaqlar zamanı daha çox könüllüyə ehtiyac olacağı bildirilir.
Cihazın yaradıcıları güman edirlər ki, “AlterEgo” hələlik hazırlanma mərhələsində olan neyrointerfeysləri əvəz edə biləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.