AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi və şöbə müdiri Mədinə Səidova uzun illər səmərəli elmi-təşkilati və ictimai fəaliyyəti, yüksək peşəkarlıq səviyyəsi və anadan olmasının 65 illik yubileyi ilə əlaqədar olaraq institutun Fəxri Fərmanı ilə təltif olunub.
Fəxri Fərmanı yubilyara təqdim edən institutun direktoru, AMEA-nın akademik-katibi və müxbir üzvü, professor Rasim Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda 40 ildən artıq çalışdığı müddət ərzində Mədinə xanımın məhsuldar fəaliyyəti ilə fərqlənən dəyərli kadrlardan olduğunu bildirdi. Onun hər bir işdə yüksək peşəkarlıq nümayiş etdirməklə gənclərə örnək olmasını yüksək dəyərləndirdi. İnstitutun kollektivi adından Mədinə xanımı təbrik edərək ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzuladı.