Yeni çip smartfonları daha sürətli və “ağıllı” edəcək

19 Fevral 2018 - 10:33 | Texnoloji yeniliklər
Yeni çip smartfonları daha sürətli və “ağıllı” edəcək

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri neyron hesablamalar üçün çip hazırlayıblar. Yeni çip məhdud avtonom işləmə imkanına malik qurğularda (smartfon və planşetlər) istifadə üçün nəzərdə tutulub. Onun köməyilə maşın təlimi məsələlərinin işlənməsinə sərf edilən enerjinin sərfiyyatı 95 faiz azalacaq.

4pda.ru saytının məlumatında bildirilir ki, neyron şəbəkələr böyük məlumat massivlərini emal etməyə imkan verir. Lakin bunun üçün böyük hesablama gücü və enerji tələb olunur. Bu səbəbdən müasir smartfonlarda neyron şəbəkələrin imkanları son dərəcə məhduddur. Yeni çip daha az enerji sərf etməklə, neyron hesablamaların sürətini 3-7 dəfə artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.