Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verildi

18 İyun 2014 - 09:30 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu gündən etibarən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilməyə başlayıb. 

Cari ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə 15 gün, 1 ay və 3 aylıq kurslar təşkil olunmuşdur. Sonra doktorant və dissertantlar üçün sınaq imtahanları keçirilmiş, burada elmi tədqiqatçılara imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilmişdir. 

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları ötən ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir. 

Bu sessiyada ümumilikdə təxminən 800 nəfərin imtahan verəcəyi gözlənilir. 

İmtahanlar iyulun 2-dək davam edəcək.