3D-printerinin köməyi ilə bina inşa ediləcək

17 İyun 2014 - 10:15 | Texnoloji yeniliklər
3D-printerinin köməyi ilə bina inşa ediləcək

Niderlandın “DUS Architects” şirkəti Amsterdamda 3D-printerinin köməyi ilə ilk evin tikintisinə hazırlaşır. Bina yalnız üçölçülü çap texnologiyasından istifadə etməklə tikiləcək. Evin daxilindəki işlər də 3D-printerindən istifadə etməklə görüləcək. Material qismində isə mühəndislər bioplastikdən istifadə edəcəklər. Plastik kütlənin tərkibi bitki komponentlərindən ibarət olduğu üçün onun ekologiyaya mənfi təsiri cüzi olacaq. 

lenta.ru saytının bildirdiyinə görə, bina Niderland paytaxtında öz innovativliyinə görə hələ XVI əsrdə məşhur olan qədim memarlıq üslubundakı evlər kimi inşa ediləcək. 

Texniki sənədləşmə və tikintiyə hazırlıq işlərinin 3 ilə başa çatdırılması planlaşdırılır. Binanın hər bir mərtəbəsinin çapı isə bir həftəyə başa gələcək. 3 mərtəbədən ibarət olacaq binanın hər mərtəbəsinin hündürlüyü 3 metrə yaxın olacaq. 

Layihə uğurla başa çatdırılacağı halda mühəndislər evlərin üçölçülü çap texnologiyasından istifadə etməklə tikintisi üzrə beynəlxalq proqramın tətbiqini planlaşdırırlar.