“Apple” havada yaza bilən stilusu patentləşdirib

08 Fevral 2018 - 10:16 | Texnoloji yeniliklər
“Apple” havada yaza bilən stilusu patentləşdirib

“Apple” şirkəti istənilən səthdə, hətta havada yaza bilən stilusu patentləşdirib. Bu, noutbuk və ya monitorlarda quraşdırılan kameranın sensorları sayəsində mümkün olub. Patent “elektron daxiletmə qurğusundan istifadə etməklə, elektron olmayan səthlərdə məzmunun yaradılması” adlandırılıb. Bu, o deməkdir ki, “Apple Pencil” istənilən səthdə hərəkətini rəqəmsallaşdıra biləcək.

naked-science.ru saytının məlumatına görə, patentdə “Apple” mühəndisləri tərəfindən xatırlanan digər alternativ daxiletmə metodu bütün hərəkətləri qeydə alan və basılma gücünə həssas olan ucluqdan istifadə olacaq. Qələmin üçölçülü sahədə sərbəst hərəkət etdirilməsi 3D-layihələrlə işləməyə imkan verəcək. Patentdə üçölçülü fiqurların çəkilməsi, həmçinin əlyazma qeydlərin yazılması üçün stilusdan istifadə nümayiş etdirilir.

Qeyd edək ki, “Apple Pencil” hələ ki, yalnız “iPad Pro” ilə işləyir. Şirkətin bu qurğu ilə bağlı böyük planları olduğu bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.